​ABŞ və Kanada FİFA prezidenti seçkilərində İordaniya şahzadəsini dəstəkləyəcək

​ABŞ və Kanada FİFA prezidenti seçkilərində İordaniya şahzadəsini dəstəkləyəcək Ali futbol qurumuna seçkilər bu gün axşam keçiriləcək
Futbol
29 May , 2015 06:48
​ABŞ və Kanada FİFA prezidenti seçkilərində İordaniya şahzadəsini dəstəkləyəcək

Bakı. 29 may. REPORT.AZ/ ABŞ və Kanada Beynəlxalq Futbol Federasiyası (FİFA) prezidenti seçkilərində İordaniya şahzadəsi Əli bin əl-Hüseyni dəstəkləyəcək.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə ABŞ və Kanada futbol federasiyalarının rəhbərləri Sunil Qulati və Viktor Montalyani bəyan ediblər.

Bu gün axşam FİFA prezidenti vəzifəsinə seçkilər keçiriləcək. Prezident postuna qurumun hazırki rəhbəri Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn namizəddir.

Son xəbərlər

Orphus sistemi