ABŞ millisinin maaşla bağlı iddiası rədd edildi

ABŞ millisinin maaşla bağlı iddiası rədd edildi Kaliforniyadakı federal məhkəmə ABŞ-ın futbol üzrə qadınlardan ibarət millisinin yerli federasiyaya qarşı qeyri-bərabər maaşla bağlı iddiasını rədd edib.
Futbol
2 May , 2020 11:31
ABŞ millisinin maaşla bağlı iddiası rədd edildi

Kaliforniyadakı federal məhkəmə ABŞ-ın futbol üzrə qadınlardan ibarət millisinin yerli federasiyaya qarşı qeyri-bərabər maaşla bağlı iddiasını rədd edib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, oyunçular daha az maaş aldıqları, ucuz hotellərdə qaldıqları və daha pis şəraitdə məşq etdikləri üçün iddia qaldırıblar.

Hakim oyunçuların maaşla bağlı iddiasını rədd edib, lakin qeyri-bərabər iş şəraiti ilə bağlı fikirlərini dəstəkləyib. Federal məhkəmə bu məsələyə iyunun 16-da baxacaq.

Qeyd edək ki, məhkəmə iddiası 2019-cu ildə komandanın kapitanı Aleks Morqanın təşəbbüsü ilə qaldırılıb. Oyunçular 66 milyon ABŞ dolları təzminat tələb ediblər. ABŞ-ın qadınlardan ibarət yığması 2019-cu ildə dünya çempionatının qalibi olub.

Son xəbərlər

Orphus sistemi