ABŞ klubunun futbolçusu koronavirusa yoluxdu

ABŞ klubunun futbolçusu koronavirusa yoluxdu ABŞ-ın Filadelfiya Yunion klubunun futbolçusunda koronavirus infeksiyası aşkarlanıb.
Futbol
2 Aprel , 2020 10:01
ABŞ klubunun futbolçusu koronavirusa yoluxdu

ABŞ-ın "Filadelfiya Yunion" klubunun futbolçusunda koronavirus infeksiyası aşkarlanıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, hələlik adı açıqlanmayan oyunçunun analizinin nəticəsi müsbət çıxıb.

Məlumatda bildirilib ki, hazırda karantin altında olan futbolçu özünü yaxşı hiss edir. Klubda virusa yoluxmuş başqa şəxslərin olmadığı qeyd olunub.

Xatırladaq ki, bu, MLS müntəzəm çempionatında futbolçular arasında virusa ilk yoluxma faktıdır.

Son xəbərlər

Orphus sistemi