ABŞ, Kanada və Meksika 2026-cı il dünya çempionatını birgə keçirmək üçün ərizə veriblər

ABŞ, Kanada və Meksika 2026-cı il dünya çempionatını birgə keçirmək üçün ərizə veriblər Qərar 3 ölkənin futbol federasiyasının Nyu-Yorkdakı mətbuat konfransında elan olunub
Futbol
10 Aprel , 2017 23:50
ABŞ, Kanada və Meksika 2026-cı il dünya çempionatını birgə keçirmək üçün ərizə veriblər
Courtesy İmage

Bakı. 10 aprel. REPORT.AZ/ ABŞ, Kanada və Meksika 2026-cı il dünya çempionatını birgə keçirmək üçün ərizə veriblər. 

"Report"un məlumatına görə, qərar 3 ölkənin futbol federasiyasının Nyu-Yorkdakı mətbuat konfransında elan olunub.

DÇ-2026-da ümumilikdə 80 qarşılaşma oynanılacaq. Bunlardan 48-i qrup mərhələsinə, 32-si isə "pley-off"a təsadüf edəcək. Layihəyə əsasən, 60 matç ABŞ, hərəyə 10 görüş isə Kanada və Meksika ərazisində keçirilməlidir. ABŞ Futbol Federasiyası ölkə rəhbərliyinin bu layihəyə tam dəstək verəcəyini açıqlayıb.

Şimali Amerika ərazisində dünya çempionatı sonuncu dəfə 1994-cü ildə ABŞ-da keçirilib. Meksika 1970 və 1986-cı illərdə mundiallara ev sahibliyi edib. Kanada isə heç vaxt buna nail olmayıb.

Qeyd edək ki, 2026-cı il dünya çempionatında 48 ölkə mübarizə aparacaq. Təşkilatçının adı 2020-ci ilin mayında açıqlanacaq.  

Son xəbərlər

Orphus sistemi