ABŞ-ın qadın futbolçulardan ibarət yığması milli federasiyanı məhkəməyə verib

ABŞ-ın qadın futbolçulardan ibarət yığması milli federasiyanı məhkəməyə verib Bakı. 9 mart. REPORT.AZ/ ABŞ-ın qadınlardan ibarət futbol üzrə yığması Los-Anceles məhkəməsində ölkənin Futbol Federasiyasına (USSF) qarşı iddia qaldırıb.
Futbol
9 Mart , 2019 01:58
ABŞ-ın qadın futbolçulardan ibarət yığması milli federasiyanı məhkəməyə verib

Bakı. 9 mart. REPORT.AZ/ ABŞ-ın qadınlardan ibarət futbol üzrə yığması Los-Anceles məhkəməsində ölkənin Futbol Federasiyasına (USSF) qarşı iddia qaldırıb.

Bu barədə "Report" ESPN-ə istinadən xəbər verir.

Bildirilir ki, 28 futbolçu USSF-i əmək haqqı, tibbi xidmət, səfər şərtləri və məşqlərin həcmi məsələlərində ayrıseçkilikdə ittiham ediblər.

Nəşr qeyd edir ki, Los-Anjeles məhkəməsinə verilmiş mülki iddianın məzmunu faktiki olaraq 2016-cı ildə Bərabər İmkanlar üzrə Komissiyaya Karli LloydAleks Morqan da daxil olmaqla, yığmanın beş oyunçusu tərəfindən göndərilmiş ayrıseçkiliklə bağlı şikayətinin məzmunu ilə eynidir. 

Daha əvvəl ABŞ Futbol Federasiyası bu ölkənin milli komandasının sabiq baş məşqçisi Yurgen Klinsmanna 3,3 milyon dollar təzminat ödəyib.

Son xəbərlər

Orphus sistemi