Yuxarı

ABŞ-da DÇ-2026-ya ev sahibliyindən imtinanı təklif edən qanun layihəsi hazırlanıb

ABŞ DÇ-2026-dan imtina edir?

ABŞ-ın Qərbi Virginiya ştatından olan senatoru Cozef Mençin futbol üzrə 2026-cı il dünya çempionatına maliyyə ayırmamağı nəzərdə tutan qanun layihəsi hazırlayıb.

"Report"un məlumatına görə, senatorun əsas tələbi yerli Futbol Federasiyasının qadın futbolçulara kişi futbolçularla müqayisədə ədalətli əmək haqqı ödənişinə razılıq verməsidir. Mençin bildirib ki, ABŞ-ın qadınlardan ibarət yığmasının tarixində dördüncü dəfə dünya çempionu olması onu belə addıma sövq edib: "Futbol komandalarında qadın və kişilərin əmək haqları arasındakı aşkar fərq yolverilməzdir. Şadam ki, qadınlardan ibarət yığmamızın dünya çempionatındakı qələbəsi ictimai rezonans doğurdu".

DÇ-2026 ABŞ-la yanaşı, Kanada və Meksikada da keçirilməlidir. Hazırda dünyanın 7 aparıcı liqasında 1693 qadın futbolçunun ümumi əmək haqqı 42,6 milyon dollardır. Kişi futbolunda isə təkcə İspaniya "Barselona"sının hücumçusu Lionel Messi əmək haqqı və bonuslarla birgə 84 milyon dollar qazanır. "BMT-Qadınlar" strukturu idmanda hər iki cins üçün bərabər əmək haqqı tələb edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi