Yuxarı

"Qarabağ"ın legioneri: "Sevilya" ilə matçda ən yaxşı oyunlardan birini keçirməyə çalışacam"

Abdullah Zubir: "Sevilya ilə matçda ən yaxşı oyunlardan birini keçirəc

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Premyer Liqanın IV turunda "Neftçi"ni məğlub etdikləri (2:0) oyundan sonra brifinq keçirib.

"Report" brifinqdəki müsahibəni təqdim edir:

- “Sevilya” ilə oyun öncəsi əsas rəqib üzərində qələbə sizə böyük motivasiya oldu?

- Ümumiyyətlə, hər oyun bizim üçün motivasiyadır. Bilirdik ki, önəmli oyundur. Ümid edirəm ki, bu qələbə “Sevilya” ilə oyun öncəsi bizim xeyrimizə olacaq.

- Ötənilki mübarizədən sonra gözlənilirdi ki, “Neftçi” yenə də “Qarabağ”a çətinlik yaradacaq. Ancaq xal fərqi böyüyüb və indidən “Qarabağ”ın çempionluğundan danışanlar var.

- Çempionat yeni başlayıb, qarşıda uzun marafon var. İndidən nəyinsə qazanıldığını demək olmaz. Biz də büdrəməməyə çalışacağıq. Hər oyuna qələbə üçün çıxacağıq.

- “Sevilya” ilə oyunda “Qarabağ”dan nə gözləmək olar? İspaniya klubunda yayda böyük dəyişikliklər olub. Onlardan Bakıda xal almaq olar?

- “Sevilya”dan yaxşı futbolçular getsə də, əvəzlərinə eyni səviyyəli oyunçular gəlib. Çalışacağıq ki, əlimizdən gələni edək və “Sevilya” qarşısında yaxşı performans göstərək.

- Qrupdan çıxmaq şanslarını necə hesab edirsiniz?

- Heç kəs indidən nəsə deyə bilməz. Qrupda əlimizdən gələni edəcəyik. Ən yaxşısı üçün çalışacağıq.

- Driblinqləri sevən futbolçusunuz və bu, sizdə uğurlu alınır. “Sevilya”nın müdafiəçilərinə qarşı bunu tətbiq edəcəksiniz?

- Bilmirəm. Ən yaxşı oyunlardan birini keçirməyə çalışacağam.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi