Yuxarı
    Bağlamaq

    Abdulbari Gözəl "Qarabağ" klubunu mənəvi cəhətdən qalib adlandırıb

    Klub prezidenti baş məşqçi ilə görüşüb, stadionda olub

    Bakı. 22 dekabr. REPORT.AZ/ "Qarabağ" futbol klubunun prezidenti Abdulbari Gözəl komandanın bazasını ziyarət edib. Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın idarə heyətinin üzvü Fevzihan Arasla birgə olan A.Gözəli direktor Əmrah Çəlikəl qarşılayıb. 

    Klub prezidenti baş məşqçi Qurban Qurbanov və kapitan Rəşad Sadıqovla görüşüb. O, Q.Qurbanovu bir daha Avropa Liqasındakı uğurlu çıxış münasibətilə təbrik edib. A.Gözəl komandanın İtaliya "İnter"i ilə oyunda haqsızlığa uğradığını bildirsə də, mənəvi cəhətdən qalib olduğunu vurğulayıb. Klub rəhbəri "Qarabağ"ın əslində qalib olduğunu bildirərək, daha böyük uğurlar üçün yeni çağırışlara zəmin yarandığını söyləyib.

    Ardından A.Gözəl "Qarabağ"ın hazırda inşası davam edən stadionuna gedib. Tikinti işlərinin gedişatı ilə yaxından tanış olan klub prezidenti işlərin sürətləndirilməsi yönündə təlimatlarını verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi