Yuxarı
    Bağlamaq

    Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu "İnter"ə qarşı keçirib

    Azərbaycan klubu qapısında iki qol görüb

    Bakı. 3 oktyabr. REPORT.AZ/ UEFA Avropa Liqasının qrup mərhələsində ikinci tutun oyunları keçirilib. 

    "Report" xəbər verir ki, F qrupunda çıxış edən Azərbaycanın "Qarabağ" (Ağdam) klubu səfərdə İtaliyanın "İnter" klubu ilə oynayıb. 

    Hesabı 21-ci dəqiqədə "İnter"in oyunçusu Danilo D`Ambrozio açıb. O, Qarabağ" müdafiəçilərinin səhvindən istifadə edərək, cərimə meydançasından topu çərçivəyə göndərib. 

    Matçda ikinci və sonuncu qolu 85-ci dəqiqədə Mauro İkardi vurub. Oyun bu hesabla başa çatıb.

    Qrupda keçirilən digər matçda Fransanın "Sent-Etyen" klubu Ukraynanın "Dnepr" klubu ilə heç-heçə oynayıb: 0:0. 

    Hazırda "İnter" 6 xalla F qrupuna liderlik edir, ikinci yerdə  "Sent-Etyen" (2 xal), üçüncü yerdə "Dnepr" (1 xal) qərarlaşıb. Ağdamın "Qarabağ" klubu 1 xalla dördüncü pillədə yer alıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi