Yuxarı
    Bağlamaq

    21 yaşadək futbolçulardan ibarət milli komanda Farer Adaları ilə qarşılaşacaq

    Qrupun digər oyunlarında Rusiya Avstriyanı, Finladiya Almaniyanı qəbul edəcək

    Bakı. 6 sentyabr. REPORT.AZ/ Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AÇ-2017-nin seçmə mərhələsində Farer Adalarını qəbul edəcək. "Report"un məlumatına görə, qarşılaşma Mərdəkan qəsəbəsində yerləşən "Dalğa Arena"da baş tutacaq.

    Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda 8 oyuna 7 xal toplamaqla 7-ci qrupun 4-cü pilləsində qərarlaşıb. Bu gün meydan sahibləri qələbə qazanacaqları təqdirdə, 3-cü pillədəki Finlandiya ilə xal fərqini 2-yə endirəcəklər. Hərçənd, skandinaviyalıların ehtiyatda bir oyunu var.

    Hazırda Azərbaycan millinin aktivində iki qələbə (Farer Adaları 1:0, Rusiya 3:0), bir heç heçə (Rusiya 2:2) və 5 məğlubiyyət (Avstriya 0:2, 0:7, Almaniya 0:3, 1:3, Finlandiya 0:1) var.

    Qrupun digər oyunlarında Rusiya Avstriyanı, Finladiya Almaniyanı qəbul edəcək.

    Azərbaycan milli komandası son oyununu Finlandiyadan olan həmyaşıdlarına qarşı keçirəcək. Bu matç oktyabrın 7-də olacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi