21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi İsrail komandası ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi İsrail komandası ilə qarşılaşacaq Bakı. 6 sentyabr. REPORT.AZ/ Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Futbol
6 Sentyabr , 2018 07:15
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi İsrail komandası ilə qarşılaşacaq

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

"Report" xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Dalğa Arena"da İsrail komandası ilə üz-üzə gələcək. 

Yığmanın heyətində Bəhlul Mustafazadə zədə səbəbindən qarşılaşmada iştirak edə bilməyəcək. Onun əvəzinə milliyə dəvət olunan Eltun Turabov etimadı doğrultmağa çalışacaq.

Azərbaycan millisi qrupda keçirdiyi 7 oyunda yalnız 1 xal qazana bilib. Komanda bu nəticə ilə sonuncu - altıncı pillədə qərarlaşıb. İsrail komandası isə 7 xal toplayaraq beşinci yerdə mövqe tutub.

Avropa çempionatının seçmə mərhələsi

Azərbaycan - İsrail

Hakimlər: Trustin Farrugia Cann, Alan Camilleri, Luke Portelli, Malcolm Spiteri (hamısı Malta)

"Dalğa Arena"  

Son xəbərlər

Orphus sistemi