2024-cü il olimpiadasına Hamburq da namizədliyini rəsmən irəli sürüb

2024-cü il olimpiadasına Hamburq da namizədliyini rəsmən irəli sürüb Hamburq meri Olaf Şolts və DOSB prezidenti Alfons Horman müvafiq ərizəni imzalayıb
Futbol
10 Sentyabr , 2015 10:33
2024-cü il olimpiadasına Hamburq da namizədliyini rəsmən irəli sürüb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Almaniyanın Hamburq şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək istəyilə Beynəlxalq Olimpiya Komitəsinə rəsmi ərizə verib. "Report"un Almaniya Olimpiya İdman Konfederasiyasının (DOSB) rəsmi saytına istinadən verdiyi məlumata görə, Hamburq meri Olaf Şolts və DOSB prezidenti Alfons Horman müvafiq ərizəni imzalayıb.

Öncədən Berlinin də namizədliyi müzakirə mövzusu olub. Lakin martda DOSB seçimini Hamburq üzərində edib.

Əvvəllər 2024-cü il olimpiadasına Roma (İtaliya), Paris (Fransa), Los-Anceles (ABŞ) və Budapeşt (Macarıstan) də namizədliyini irəli sürüb. Əhmədabad (Hindistan) və Toronto (Kanada) ilə yanaşı, Bakının da bu siyahıda olacağı gözlənilir.

Qeyd edək ki, namizədlərin yekun siyahısı sentyabrın 15-də, qalib isə 2017-ci ildə açıqlanacaq. 

Son xəbərlər

Orphus sistemi