Yuxarı

2021-ci ildə ÇL-in finalını keçirməyə namizəd şəhərlərin adı açıqlanıb

Bakı. 22 fevral. REPORT.AZ/ Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2020/21-ci illər mövsümündə Avropa kuboku turnirlərinin final oyunlarını keçirməyə iddia edən namizədlərin siyahısını açıqlayıb.

“Report” xəbər verir ki, Çempionlar Liqasının finalının keçirilməsinə Almaniyanın Münhen ("Alyants Arena") və Rusiyanın Sankt-Peterburq ("Qazprom Arena") şəhərləri iddia edir.

Avropa Liqasının final oyununu keçirmək uğrunda Gürcüstanın Tbilisi ("Boris Payçadze adına Dinamo Arena") və İspaniyanın Sevilya şəhərləri ("Ramon Sançes Pisxuan") mübarizə aparacaq.

UEFA Superkuboku matçı isə Belarusun Minsk ("Dinamo" Milli Olimpiya Stadionu), Finlandiyanın Helsinki (Olimpiya stadionu), Şimali İrlandiyanın Belfast ("Uindzor Park") və Ukraynanın Xarkov ("Metallist") şəhərlərində keçirilə bilər.

Qadınlar arasında Çempionlar Liqasının final oyununu İsveçin Göteburq şəhəri ("Qamla Ullevi") keçirməyə iddialıdır.

Avropa Liqası, UEFA Superkuboku və qadınlar arasında Çempionlar Liqasının final oyunlarının sahibləri 2019-cu il 29 may tarixində müəyyən ediləcək.

Çempionlar Liqasının finalının keçiriləcəyi yer haqqında qərar isə cari ilin sentyabrında məlum olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi