Yuxarı
    Bağlamaq

    ​2019-cu il futbol üzrə Asiya Kuboku BƏƏ-də keçiriləcək

    Bu hüququ əldə etməyə 11 ölkə iddialı olub

    Bakı. 9 mart. REPORT.AZ/ Asiya Futbol Konfederasiyasının (AFC) qərarına əsasən, 2019-cu ildə keçiriləcək futbol üzrə Asiya Kubokunun final mərhələsini Birləşmiş Ərəb Əmirlikləri qəbul edəcək.

    "Report" "Anadolu"ya istinadən xəbər verir ki, Konfederasiya rəhbərliyi bu qərarını AFC-nın İcra Komitəsinin Bəhreyndə keçirilən iclasının yekununda açıqlayıb.

    Bildirilir ki, bu hüquqa 11 ölkə iddia edib.

    Ərəb Əmirlikləri 1996-cı ildə bu turniri qəbul edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi