​2019-cu ilin futbol üzrə Amerika kuboku Braziliyada keçiriləcək

​2019-cu ilin futbol üzrə Amerika kuboku Braziliyada keçiriləcək Turnirin təşkilatçısı ilə bağlı rəsmi məlumat hələ daxil olmayıb
Futbol
8 İyun , 2016 07:53
​2019-cu ilin futbol üzrə Amerika kuboku Braziliyada keçiriləcək

Bakı. 8 iyun. REPORT.AZ/ 2019-cu ilin futbol üzrə Amerika kuboku Braziliyada keçiriləcək. "Report" "Goal.Com" portalına istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının prezidenti Alexandro Dominqes mətbuata açıqlama verib.

Dominqes bildirib görülən işlərin yüksək keyfiyyəti ilə əlaqədar o, Braziliyanın 2019-ci ildə turnirin təşkilatçısı vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə əmindir.

O, bununla yanaşı qeyd edib ki, turnirin təşkilatçısı ilə bağlı rəsmi məlumat daxil olmayıb.

Braziliya 4 dəfə - 1919, 1922, 1949 və 1989-ci illərdə Amerika kubokunu qəbul edib.

Son xəbərlər

Orphus sistemi