2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində III turun son oyunları keçirilib

2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində III turun son oyunları keçirilib Turun 3-cü oyun günü 9 qarşılaşmaya səhnə olub
Futbol
12 Oktyabr , 2016 01:19
2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində III turun son oyunları keçirilib

Bakı. 12 oktyabr. REPORT.AZ/ 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində III turun son oyunları keçirilib.

"Report"un məlumatına görə, turun 3-cü oyun günü 9 qarşılaşmaya səhnə olub.

Azərbaycan millisinin yer aldığı C qrupunda lider Almaniya evdə Şimali İrlandiyanı sınağa çəkib. Meydan sahibləri rəqib qapısından 2 cavabsız top keçirərək, millimizin Çexiyada xal itirməsindən sonra maksimum xalla vahid liderə çevriliblər.

Azərbaycan yığması isə 7 xalla 2-ci pillədə qalıb. Aktivində xal olmayan iki komandanın duelində Norveç yığması San Marinonu darmadağın edib - 4:1.

E qrupunda da azarkeşlər maraqlı oyunların şahidi olublar. Monteneqro səfərdə Danimarkanı minimal hesabla yenərək, 7 xalla vahid liderə çevrilib.

Rumıniya Qazaxıstanda qolsuz heç-heçə ilə kifayətlənməli olubsa, Ermənistan yığması Polşada sonuncu uzatma dəqiqəsində Robert Levandovskinin qolu ilə məğlubiyyətə düçar olub.

F qrupunda İngiltərə yığması səfərdə Sloveniya ilə görüşdə qolsuz heç-heçə ilə kifayətlənib. Bununla belə, Qaret Sautgeytin komandası liderliyini qoruya bilib.

Litva isə Malta üzərində inamlı qələbə sayəsində xallarını 5-ə çatdırıb.

Dünya çempionatı, seçmə qrup mərhələsi

11 oktyabr

C qrupu

22:45. Çexiya - Azərbaycan - 0:0

22:45. Almaniya - Şimali İrlandiya - 2:0

Qollar: Yulian Draksler, 13, Sami Hedira, 17

22:45. Norveç - San Marino - 4:1

Qollar: David Simonçini, 12-öz qapısına, Adam Diomande, 77, Martin Samuelson, 82, Coşua Kinq, 84 - Mattia Stefanelli, 55

Xal durumu: Almaniya - 9, Azərbaycan - 7, Şimali İrlandiya - 4, Norveç - 3, Çexiya - 2, San Marino - 0.

E qrupu

20:00. Qazaxıstan - Rumıniya - 0:0

22:45. Danimarka - Monteneqro - 0:1

Qol: Fatoş Beçiray, 32

22:45. Polşa - Ermənistan - 2:1

Qollar: Hrayr Mkoyan, 48. Robert Levandovski, 90+5 - Varazdat Haroyan, 51

Qırmızı vərəqə: Qael Andoniyan, 31 (Ermənistan, ikinci sarı)

Xal durumu: Monteneqro - 7, Polşa - 7, Rumıniya - 5, Danimarka - 3, Qazaxıstan - 2, Ermənistan - 0.

F qrupu

22:45. Slovakiya - Şotlandiya - 3:0

Qollar: Robert Mak, 17, 56, Adam Nemets, 68

22:45. Sloveniya - İngiltərə - 0:0

22:45. Litva - Malta - 2:0

Qollar: Fyodr Çernıx, 76, Arvidas Novikovas, 84-penalti ilə

Qırmızı vərəqə: Conatan Karuana, 82 (Malta, birbaşa)

Xal durumu: İngiltərə - 7, Litva - 5, Sloveniya - 5, Şotlandiya - 4, Slovakiya - 3, Malta - 0.

Son xəbərlər

Orphus sistemi