2018-ci il dünya çempionatının qalibi Avropa komandası olacaq

2018-ci il dünya çempionatının qalibi Avropa komandası olacaq Bakı. 7 iyul. REPORT.AZ/ Rusiyada keçirilən futbol üzrə dünya çempionatı -2018-də ¼ final mərhələsinin ilk oyunları keçirilib.
Futbol
7 İyul , 2018 01:43
2018-ci il dünya çempionatının qalibi Avropa komandası olacaq

Bakı. 7 iyul. REPORT.AZ/ Rusiyada keçirilən futbol üzrə dünya çempionatı -2018-də ¼ final mərhələsinin ilk oyunları keçirilib.

“Report” xəbər verir ki, Fransa Uruqvaya, Belçika isə Braziliyaya qalib gəlib.

Belə olan halda, turnirdə Avropadan başqa qitəni təmsil edən komanda qalmayıb. Bu o deməkdir ki, DÇ-2018-in qalibi məhz Avropa komandası olacaq.

Birinciliyə namizədlər Fransa, Belçika, Xorvatiya, Rusiya, İngiltərə və İsveçdir. Yalnız İngiltərə və Fransa bundan əvvəl dünya çempionu olub.

Son xəbərlər

Orphus sistemi