​2018-ci il Dünya çempionatının ilkin püşkatmasının vaxtı və yeri məlum olub

​2018-ci il Dünya çempionatının ilkin püşkatmasının vaxtı və yeri məlum olub Burada 2300 nəfər iştirak edəcək
Futbol
18 İyul , 2015 16:20
​2018-ci il Dünya çempionatının ilkin püşkatmasının vaxtı və yeri məlum olub

Bakı. 18 iyul. REPORT.AZ/ İyulun 25-də Sankt-Peterburqda keçiriləcək 2018-ci il Dünya çempionatının seçmə turnirinin püşkatma mərasimində 2300 nəfərədək insan iştirak edə bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Rusiya-2018" təşkilat komitəsinin baş icraçı direktoru Aleksey Sorokin bildirib.

"Əcnəbilərin sayı min nəfər olacaq. Ümumilikdə bizim pavilyonumuzda püşkatmada 2300 nəfərə yaxın insan olacaq", - o bildirib.

Dünya çempionatının ilkin püşkatması Sankt-Peterburqun Konstantinovsk sarayında iyulun 25-də keçiriləcək. Mərasimin aparıcıları top model Natalya Vodyanova və teleaparıcı Dmitri Şepelev olacaq. Püşkatmanın özünü Beynəlxalq Futbol Federasiyasının baş katibi (FIFA) Jerom Valke keçirəcək. Onun köməkçiləri uruguaylı hücumçu Diyeqo Forlan və iki dəfə "Qızıl top" mukafatını qazanan braziliyalı Ronaldo olacaq.

2018-ci il Dünya çempionatının oyunları Rusiyanın 11 şəhərində 12 stadionda iyunun 15-dən iyulıun 14-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi