2018-ci il dünya çempionatına vəsiqə qazanan komandaların sayı 15-ə çatıb

2018-ci il dünya çempionatına vəsiqə qazanan komandaların sayı 15-ə çatıb Misir yığması Konqo üzərində qələbə sayəsində buna nail olub
Futbol
8 Oktyabr , 2017 23:25
2018-ci il dünya çempionatına vəsiqə qazanan komandaların sayı 15-ə çatıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ 2018-ci il dünya çempionatına vəsiqə qazanan komandaların sayı 15-ə çatıb.

"Report"un məlumatına görə, Afrika zonasında E qrupunda çıxış edən Misir yığması evdə Konqo üzərində 2:1 hesablı qələbə sayəsində buna nail olub.

Sona bir tur qalmış xallarını 12-yə çatdıran misirlilər ən yaxın izləyici Uqandadan 4 xal aralanıb.

Qeyd edək ki, daha əvvəl DÇ-2018-ə Rusiya, Belçika, Braziliya, Meksika, İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta Rika və Polşa yığmaları vəsiqə qazanıb.   

Son xəbərlər

Orphus sistemi