2017-ci ilin ən yaxşı ərəb futbolçusu müəyyənləşib

2017-ci ilin ən yaxşı ərəb futbolçusu müəyyənləşib “Liverpul”un hücumçusu Məhəmməd Salah birinci olub
Futbol
2 Yanvar , 2018 14:58
2017-ci ilin ən yaxşı ərəb futbolçusu müəyyənləşib

Bakı. 2 yanvar. REPORT.AZ/ Misir yığmasının və İngiltərənin “Liverpul” komandasının hücumçusu Məhəmməd Salah 2017-ci ilin ən yaxşı ərəb futbolçusu seçilib.

“Report” xəbər verir ki, 25 yaşlı futbolçu ərəb ölkələrini təmsil edən 100-dən çox jurnalistin qatıldığı səsvermənin yekununda qalib olub.

Səudiyyə Ərəbistanının “Əl-Hilal” və "Əl-Əhli" komandalarının suriyalı forvardları Omar Xribin ilə Umar Əl-Suma müvafiq olaraq 2 və 3-cü yerləri tutublar.

Qeyd edək ki, M.Salah ötən yay İtaliyanın “Roma” klubundan “Liverpul”a keçib. O, cari mövsümdə İngiltərə təmsilçisinin heyətində çıxdığı 29 oyunda 23 qol vurub. Misir yığmasının 2018-ci il dünya çempionatına vəsiqə qazanmasında böyük pay sahibi olan hücumçu, 2017-ci ildə Afrikanın ən yaxşı futbolçusu seçilməyə də namizəddir. Bu seçim üzrə qalibin adı yanvarın 4-də açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi