​2015-ci ildə vurulan ən yaxşı qol müəyyən edilib - VİDEO

​2015-ci ildə vurulan ən yaxşı qol müəyyən edilib - VİDEO Qolun müəllifi Braziliya çempionatında çıxış edən Vendell Liradır
Futbol
11 Yanvar , 2016 22:49
​2015-ci ildə vurulan ən yaxşı qol müəyyən edilib - VİDEO

Bakı. 11 yanvar. REPORT.AZ/ 2015-ci ildə yaşıl meydanlarda vurulan ən yaxşı qolunun müəllifi müəyyənləşib.

"Report" xəbər verir ki, bu, Braziliyanın "Qoyaneziya" klubunda çıxış edən Vendell Liradır.

O, Alessandro Florensi ("Roma") və Lionel Messini ("Barselona") üstələyib.

Liraya "Ferents Puşkaş" mükafatı verilib.

Mərasimdə "Fair play" mükafatı da öz sahibini tapıb. İngiltərə "Lids"inin sabiq futbolçusu Lukas Radebe qalibin adını elan edib. Bu, Almaniya yığmasının əslən qanalı sabiq futbolçusu Cerald Asamoa olub.

Son xəbərlər

Orphus sistemi