20 milyon avro borca görə klubun hesabından 24 xal silinib

20 milyon avro borca görə klubun hesabından 24 xal silinib ÇFR Rumıniya çempionatında autsayderə çevrilib
Futbol
5 Fevral , 2015 10:57
20 milyon avro borca görə klubun hesabından 24 xal silinib

Bakı. 5 fevral. REPORT.AZ/ Rumıniyanın ÇFR futbol komandasının hesabından 24 xal silinib. "Report"un məlumatına görə, buna klubun külli miqdarda borcu səbəb olub. 

Maliyyə problemləri ilə üzləşən ÇFR dövlətə, futbolçulara və məşqçilərə üst-üstə 20 milyon avro borcludur. Bu cəzadan sonra Kluj komandası turnir cədvəlində 2-ci pilləni sondan əvvəlki mövqe ilə dəyişməli olub. İndi komandanın aktivində cəmi 10 xal var. 

Qeyd edək ki, ÇFR rəhbərliyi qərara etiraz edəcəyini açıqlayıb. Klub rəsmiləri üzləşdikləri maddi sıxıntıları ölkənin bir çox aparıcı komandalarına da təsir edən ümumi bohranla əlaqələndiriblər. 

Son xəbərlər

Orphus sistemi