Yuxarı
    Bağlamaq

    19 yaşadək futbolçulardan ibarət komandalar arasında AÇ-nin final oyununu azərbaycanlı hakim idarə edəcək

    Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq

    Bakı. 22 iyul. REPORT.AZ/ 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

    Bu barədə “Report”a AFFA-dan məlumat verilib.

    Almaniyada təşkil olunmuş turnirin iyulun 24-də, Zinshaym şəhərindəki “Rayn-Nekar-Arena”da keçiriləcək final qarşılaşmasında Fransa və İtaliya yığmaları qarşılaşacaq.

    Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi