Fransa klubunun 15 yaşlı futbolçusu oyun zamanı ürək tutmasından ölüb

Fransa klubunun 15 yaşlı futbolçusu oyun zamanı ürək tutmasından ölüb Bakı. 14 fevral. REPORT.AZ/ Fransanın Reyms klubunun futbolçusu Məhəmməd Savan oyun zamanı dünyasını dəyişib.
Futbol
14 Fevral , 2019 14:52
Fransa klubunun 15 yaşlı futbolçusu oyun zamanı ürək tutmasından ölüb

Bakı. 14 fevral. REPORT.AZ/ Fransanın "Reyms" klubunun futbolçusu Məhəmməd Savan oyun zamanı dünyasını dəyişib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 15 yaşlı oyunçu ürək tutmasından vəfat edib.

Hadisə çərşənbə günü Reyms şəhərində baş verib. Savan dostları ilə futbol oynadığı vaxt halı pisləşib. Onun həyatını xilas etmək üçün cəhdlər uğursuz alınıb. 

Son xəbərlər

Orphus sistemi