14 yaşında qazandığı medalı 74 ildən sonra aldı

14 yaşında qazandığı medalı 74 ildən sonra aldı İngiltərənin Börnli şəhərinin sakini Con Zelli sürprizlə qarşılaşıb.
Futbol
31 May , 2020 14:54
14 yaşında qazandığı medalı 74 ildən sonra aldı

İngiltərənin Börnli şəhərinin sakini Con Zelli sürprizlə qarşılaşıb.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, 88 yaşlı şəxs 1946-cı ildə qazandığı medalı 74 ildən sonra alıb.

Zelli İkinci Dünya müharibəsindən sonra 14 yaşı olarkən məktəb komandasının heyətində Keyli Kubokunu qazanıb. Lakin həmin vaxt metal qıtlığı olduğu üçün o, medalsız qalıb.

Bununla bağlı şəhər merinə müraciət edən yaşlı sakin sonda istəyinə çatıb. 74 il əvvəl qazandığı medal ona şəxsi evinin qarşısında təqdim olunub.

Qeyd edək ki, 1940 - 1946-cı illərdə İkinci Dünya müharibəsinə görə İngiltərədə futbol yarışları keçirilməyib.

Son xəbərlər

Orphus sistemi