Yuxarı

Macarıstanda ​12 futbolçu və məşqçi oyun alqı-satqısına görə cəzalandırılıb

Siyahıda 2 təşkilatçının da adı var

Bakı. 31 mart. REPORT.AZ/ Macarıstan məhkəməsi 12 yerli futbolçu, 1 məşqçi və 2 təşkilatçını oyun alqı-satqısında əli olduğu ilə cəzalandırıb. "Report"un "İndex.hu"ya istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı ilə adları açıqlanmayan təqsirkarlar pul cərimələrinə və diskvalifikasiyaya məruz qalıb.

Bildirilib ki, 2007 - 2009-cu illərdə aşağı dəstədə mübarizə aparan paytaxt Budapeştin REAC komandasında çıxış edərkən, futbolçular 2500 avro qarşılığında əsas liqa və kubok oyunlarında qanunsuzluğa yol veriblər.

Qərardan sonra Macarıstan Futbol Federasiyasının məsələ ilə bağlı FİFA-nı məlumatlandıracağı açıqlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi