1 iyunda "Fortnite"

1 iyunda "Fortnite" “Gaming League Azerbaijan” növbəti turniri kiber idman həvəskarlarına təqdim edir.
Futbol
31 May , 2020 12:43
1 iyunda Fortnite

“Gaming League Azerbaijan” növbəti turniri kiber idman həvəskarlarına təqdim edir. 

"Report" xəbər verir ki, "Fortnite" adlı yeni turnir İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman), Azərbaycan Kiber İdman Federasiyası, Gənclər və İdman Nazirliyi, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günündə gerçəkləşəcək. 

Duo (ikili komanda) sistemi üzrə keçiriləcək yarışda iştirak üçün artıq 720 nəfər qeydiyyatdan keçib. Turnir uşaqların müdafiəsinə həsr olunmaqla yanaşı, iyunun gedişatında start götürəcək “Fortnite Milli Liqası"na seçim xarakteri daşıyır. Ən yaxşı nəticə göstərəcək 5 komanda elit liqaya birbaşa vəsiqəni təmin edəcəklər. 

Ümumilikdə 32 komandanın çempionluq uğrunda yarışacağı “Fortnite Milli Liqasında”, hər bir cütlük Azərbaycanın fərqli regionu təmsil edəcək. 

Hadisələrin gedişatını daha yaxından müşahidə etmək üçün “Gaming League Azerbaijan”ın @glahub Instagram və @glahub Facebook səhifələrini izləyin. Kiber idman sevərlər turniri @glahub “Twitch” kanalından canlı izləyə bilərlər. 

Son xəbərlər

Orphus sistemi