Yuxarı
    Bağlamaq

    ​Məşqçilər Komitəsi Tuyqun Nadirovla görüşəcək

    Görüşdə Məşqçilər Komitəsinin klublardakı idman direktorları ilə görüşdə qaldırılan məsələlər müzakirə olunacaq

    Bakı. 20 dekabr. REPORT.AZ/ AFFA prezidenti Rövnəq Abdullayevin əmri ilə yaradılan Məşqçilər Komitəsinin üzvləri Klublar Komitəsinin sədri Tuyqun Nadirovla görüşəcəklər. Bu barədə "Report"a Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib.

    Onun sözlərinə görə, görüş dekabrın 22-də saat 13:00-da keçiriləcək. Tədbirdə Məşqçilər Komitəsinin klublardakı idman direktorları ilə görüşündə qaldırılan məsələlər müzakirə olunacaq.

    Qeyd edək ki, Məşqçilər Komitəsi daha öncə klublara AFFA tərəfindən təyin olunmuş idman direktorları ilə də görüşüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi