Zvonimir Boban FİFA baş katibinin müavini təyin edilib

Zvonimir Boban FİFA baş katibinin müavini təyin edilib Z.Boban FIFA-nın yeni administrasiyasının futbol sahəsinə məsul olacaq
Futbol
31 May , 2016 10:30
Zvonimir Boban FİFA baş katibinin müavini təyin edilib

Bakı. 31 may. REPORT.AZ/ Xorvatiya milli komandasının keçmiş yarımmüdafiəçisi Zvonimir Boban Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) baş katibinin müavini təyin edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, Z.Boban FIFA-nın yeni administrasiyasının futbol sahəsinə məsul olacaq. O, diqqətini bu oyunun inkişafına və müsabiqələrin təşkilinə yönəldəcək.

47 yaşlı xorvat daha əvvəl FİFA prezidenti Canni İnfantinonun müşaviri vəzifəsində çalışıb.

FİFA-nın baş katibinin daha bir müavini isə Marko Villiger təyin edilib. O, kommersiya və inzibati əməliyyatlar üzrə məsuliyyət daşıyacaq.

Son xəbərlər

Orphus sistemi