Zlatan İbrahimoviç "Milan"da yeni rekorda imza atdı

Zlatan İbrahimoviç "Milan"da yeni rekorda imza atdı "Milan"ın hücumçusu Zlatan İbrahimoviç A seriyasının 8 matçında ardıcıl qol vuran ilk futbolçu olub.
Futbol
23 Noyabr , 2020 01:45
Zlatan İbrahimoviç Milanda yeni rekorda imza atdı

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç A seriyasının 8 matçında ardıcıl qol vuran ilk futbolçu olub.

“Report” xəbər verir ki, hücumçu A seriyasının növbəti turunun matçında "Napoli" ilə oyunun 20-ci dəqiqəsində fərqlənib. Otuz doqquz yaşlı oyunçu cinah ötürməsindən sonra topu rəqib qapısının uzaq küncünə göndərib.

Bununla da İbrahimoviç A seriyasının səkkiz matçında ardıcıl qol vurub. O, "Milan" tarixində buna nail olan ilk futbolçu olub. Hücumçu 54-cü dəqiqədə komandasının növbəti qoluna imza atıb.

Qeyd edək ki, qarşılaşma "Milan"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İbrahimoviç A seriyasının cari mövsümündə bombardirlər siyahısına başçılıq edir.

"Milan" yeddi turda 17 xal yığaraq İtaliya çempionatının yarış cədvəlində birinci yeri tutub. İbrahimoviç 6 matçda iştirak edərək 9 qol (2-i penaltidən) vurub və 1 məhsuldar ötürmə verib.

Daha əvvəl hücumçu mövsümün sonuna kimi "Milan"da qalacağını istisna etməyib.

Son xəbərlər

Orphus sistemi