Zlatan İbrahimoviç: "Məni ram etmək mümkün deyil"

Zlatan İbrahimoviç: "Məni ram etmək mümkün deyil" "39 yaşım var. İndiyədək qazandıqlarımı nəzərə alsaq, bundan sonra işləmək məcburiyyətində deyiləm. Amma mənim hələ də gördüyüm işə həvəsim var. Bunadək olanlar məni qane etmir, hər zaman daha çoxunu istəyirəm".
Futbol
1018
18 Dekabr , 2020 20:33
Zlatan İbrahimoviç: Məni ram etmək mümkün deyil
Zlatan İbrahimoviç

"39 yaşım var. İndiyədək qazandıqlarımı nəzərə alsaq, bundan sonra işləmək məcburiyyətində deyiləm. Amma hələ də gördüyüm işə həvəsim var. Bunadək olanlar məni qane etmir, hər zaman daha çoxunu istəyirəm".

"Report"un məlumatına görə, bu sözləri İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç UEFA-nın rəsmi saytına müsahibəsində deyib.

39 yaşlı hücumçu bildirib ki, bu yaşda onun səviyyəsində oynaya biləcək futbolçu yoxdur: "30 yaşından sonra karyeranda eniş başlayırsa, getməlisən. Mən isə bu yaş həddindən sonra daha da inişaf etməyə başladım. ABŞ idmançıları deyirlər ki, bədənlərini formada saxlamaq üçün bir milyon dollardan çox pul xərcləyirlər. Mənim 39 yaşım var, amma formadayam. Ən yüksək səviyyədə çıxış edirəm. Bu, sırf zehniyyət və düşüncə ilə bağlıdır".

Formada olmasına baxmayaraq, isveçli forvard indi daha tez yorulduğunu etiraf edib: "Artıq daha çox yatıram. Əvvəl oyunlardan sonra bərpa prosesi üçün 1 gün lazım olurdusa, bu müddət 2-3 gün çəkir".

Özünü "Kinq-Konq"la müqayisə edən İbrahimoviç ondan güclü olduğunu söyləyib: "Kinq-Konq"la qol güləşdirsəm, onu məhv edərəm. Buna 100 faiz əminəm. Aslanı əhliləşdirmək olar. Zlatanı isə ram etmək mümkün deyil. Çünki mən fərqli vəhşiyəm".

Son xəbərlər

Orphus sistemi