Zlatan İbrahimoviç: "Mənsiz dünya çempionatı - dünya çempionatı olmayacaq"

Zlatan İbrahimoviç: "Mənsiz dünya çempionatı - dünya çempionatı olmayacaq" Bakı. 18 aprel. REPORT.AZ/ “ ABŞ-ın “Los-Anceles Qelaksi” klubunda çıxış edən Zlatan İbrahimoviç İsveç yığmasının heyətində DÇ-2018-ə yollanacağını açıqlayıb.
Futbol
18 Aprel , 2018 14:06
Zlatan İbrahimoviç: Mənsiz dünya çempionatı - dünya çempionatı olmayacaq

Bakı. 18 aprel. REPORT.AZ/ “ ABŞ-ın “Los-Anceles Qelaksi” klubunda çıxış edən Zlatan İbrahimoviç İsveç yığmasının heyətində DÇ-2018-ə yollanacağını açıqlayıb.

“Report”un məlumatına görə, 37 yaşlı forvard bu barədə Cim Kimmelin ABC telekanalında yayımlanan şou-proqramında bildirib. İbrahimoviç dünya çempionatının onsuz maraqsız keçəcəyini vurğulayıb: “Bəli, dünya çempionatına gedəcəyəm. Mənsiz dünya çempionatı - dünya çempionatı olmayacaq. Hələlik bundan artıq heç nə deyə bilmərəm. Yoxsa insanlar məni məzəmmət edəcəklər. Ehtiyatlı olmaq lazımdır”.

Z.İbrahimoviç 2001 – 2016-ci illərdə İsveç millisinin heyətində 116 matçda 62 dəfə fərqlənib. O, AVRO-2016-dan sonra yığma karyerasını başa vurduğunu açıqlayıb və DÇ-2018-in seçmə mərhələsinin oyunlarında iştirak etməyib.

Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərinə keçiriləcək. İsveç millisi Almaniya, Meksika və Cənubi Koreya yığmaları ilə birgə F qrupunda yer alıb.

Son xəbərlər

Orphus sistemi