Zlatan İbrahimoviç Çempionlar Liqasında 7 müxtəlif klubun heyətində çıxış edən ilk futbolçu olub

Zlatan İbrahimoviç Çempionlar Liqasında 7 müxtəlif klubun heyətində çıxış edən ilk futbolçu olub Bakı. 23 noyabr. REPORT.AZ/ İngiltərənin Mançester Yunayted klubunun hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasında 7 müxtəlif klubun heyətində çıxış edən ilk futbolçu olub.
Futbol
23 Noyabr , 2017 09:53
Zlatan İbrahimoviç Çempionlar Liqasında 7 müxtəlif klubun heyətində çıxış edən ilk futbolçu olub

Bakı. 23 noyabr. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasında 7 müxtəlif klubun heyətində çıxış edən ilk futbolçu olub.

"Report"un məlumatına görə, isveçli forvardın "qırmızı şeytanlar"ın heyətində qitənin ən nüfuzlu klub turnirində debütü qrup mərhələsinin V turunda İsveçrə "Bazel"i ilə görüşə təsadüf edib.

Qarşılaşma "Bazel"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İbrahimoviç mövsümün ilk yarısını ciddi zədə üzündən buraxıb. Nəticədə onun Çempionlar Liqasında debütü təxirə salınıb.

Qeyd edək ki, Zlatan İbrahimoviç əvvəllər Hollandiyanın "Ayaks", İtaliyanın "Yuventus", "İnter" və "Milan", İspaniyanın "Barselona" və Fransanın PSJ klublarının heyətində bu turnirin iştirakçısı olub.   

Son xəbərlər

Orphus sistemi