Zlatan İbrahimoviç ABŞ klubu ilə müqavilə bağlayıb

Zlatan İbrahimoviç ABŞ klubu ilə müqavilə bağlayıb O, MLS-in ən yüksək ödənişli oyunçusu olacaq
Futbol
31 Yanvar , 2018 11:18
Zlatan İbrahimoviç ABŞ klubu ilə müqavilə bağlayıb

Bakı. 31 yanvar. REPORT.AZ/ İngiltərə "Mançester Yunayted"inin futbolçusu Zlatan İbrahimoviç ABŞ-ın "Los-Anceles Qelaksi" klubu ilə müqavilə bağlayıb. 

"Report"un "L Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, isveçli hücumçu sözləşməni yanvarın əvvəlində imzalayıb. Onun "qırmızı şeytanlar"la hazırkı anlaşması bu ilin iyununadək nəzərdə tutulub. Bu səbəbdən, 36 yaşlı forvardın cari mövsümün sonunda MLS klubuna keçəcəyi ehtimal olunur. 

Transfer baş tutsa, İbrahimoviç Amerika liqasının ən yüksək ödənişli oyunçusu olacaq. Təcrübəli qolçu ilə 7,7 milyon dollar qazanacaq. 

Son xəbərlər

Orphus sistemi