"Zirə" yunanıstanlı futbolçu transfer etdi

"Zirə" yunanıstanlı futbolçu transfer etdi "Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
686
5 Sentyabr , 2020 14:32
Zirə yunanıstanlı futbolçu transfer etdi

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "qartallar" Dimitrios Çantakiasla anlaşıb.

25 yaşlı yunanıstanlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçunun son klubu Bolqarıstanın "Çerno More" klubu olub. Çantakias daha əvvəl ölkəsinin "Panetolikos", “Fokiko” və “Kerkira” klublarının da şərəfini qoruyub.

Orphus sistemi