"Zirə"yə texniki məğlubiyyət verilə bilər

"Zirə"yə texniki məğlubiyyət verilə bilər Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının IV turunda keçirilmiş Səbail - Zirə matçında əsasnamə pozulub.
Futbol
15 Sentyabr , 2018 23:36
Zirəyə texniki məğlubiyyət verilə bilər

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının IV turunda keçirilmiş "Səbail" - "Zirə" matçında əsasnamə pozulub.

“Report” xəbər verir ki, buna görə "Zirə" klubuna texniki məğlubiyyət verilə bilər.

Səbəb qəsəbə təmsilçisi tərəfindən oyunun protokoluna 2000-ci il təvəllüdlü futbolçunun adının daxil edilməməsidir.

Məsələyə AFFA İntizam Komitəsinin növbəti iclasında baxılacaq.

Qeyd edək ki, "Səbail" - "Zirə" matçı 1:1 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi