"Sumqayıt" klubu 2019/2020 mövsümü üçün ilk transferini reallaşdırıb.
"Report"un məlumatına görə, "gənclik şəhəri" təmsilçisi "Zirə" ilə yollarını ayıran Vüqar Mustafayevi heyətinə cəlb edib. 25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Mustafayev yeni klubunda 6 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Vüqar Mustafayev “Zirə” ilə yanaşı (79 oyun, 1 qol), “Bakı” (16 oyun), “Simurq” (13 oyun) və “Qarabağ”ın (6 oyun) uğurları üçün çalışıb. U-21 (8 oyun) və Azərbaycan millisinin də (1 oyun) formasını geyinmiş Mustafayev U-23 yığmasının heyətində IV İslam Həmrəylik Oyunlarının qalibi olub.
*** 14:58
"Zirə" klubu futbolçusu Vüqar Mustafayevlə yollarını ayırıb.
Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 25 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib. Qəsəbə təmsilçisi oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Vüqar Mustafayev 2016-cı ildən "Zirə"də çıxış edib. O, komandanın heyətində meydana çıxdığı 89 oyunda 1 dəfə fərqlənib.
