"Zirə" yarımçıq matçın davamında "Qəbələ" ilə səfərdə heç-heçə edib

"Zirə" yarımçıq matçın davamında "Qəbələ" ilə səfərdə heç-heçə edib Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.
Futbol
100
14 Mart , 2022 12:59
Zirə yarımçıq matçın davamında Qəbələ ilə səfərdə heç-heçə edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.

"Report"un məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda ilə "Zirə" arasında ötən gündən təxirə salınmış matçın davamı keçirilib. Ötən gün güclü qarın yağması səbəbindən təxirə salınmış qarşılaşma qaldığı yerdən - 65 dəqiqədən oynanılıb. Görüş qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra xalını 35-ə çatdıran "Zirə" ikinci pilləyə yüksəlib. 33 xala malik "Qəbələ" isə 4-cüdür.

Qeyd edək ki, turun ilk 3 matçında "Keşlə" səfərdə "Səbail"ə 3:0, "Qarabağ" "Sabah"a 1:0, "Neftçi" isə evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi