"Zirə" və "Sumqayıt" Antalyada yoxlama matçlarında qalib gəlib

"Zirə" və "Sumqayıt" Antalyada yoxlama matçlarında qalib gəlib Bakı. 22 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycanın 3 futbol komandası yoxlama oyunu keçirib.
Futbol
22 Yanvar , 2019 18:09
Zirə və Sumqayıt Antalyada yoxlama matçlarında qalib gəlib

Bakı. 22 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycanın 3 futbol komandası yoxlama oyunu keçirib.

“Report”un məlumatına görə, “Zirə” Macarıstanın “Pakş” kollektivini məğlub edib - 1:0. Qəsəbə təmsilçisinin qoluna 57-ci dəqiqədə İlkin Qırtımov imza atıb.

“Sumqayıt” Makedoniyanın “Vardar” komandasını 3:1 hesabı ilə üstələyib. Komandanın qollarını 54-cü dəqiqədə Arif Daşdəmirov, 57-ci dəqiqədə Xəyal Nəcəfov, 86-cı dəqiqədə isə Elvin Məmmədov vurub.

“Sabah” isə İsveçrə “Syon”unun U-21 komandası ilə heç-heçə edib – 4:4. Paytaxt təmsilçisinin heyətində 14-cü dəqiqədə Marko Deviç, 38-ci dəqiqədə Elşən Abdullayev, 64-cü dəqiqədə Təmkin Xəlilzadə, 90-cı dəqiqədə isə Filip İvanoviç fərqlənib.

Son xəbərlər

Orphus sistemi