"Zirə" və "Qəbələ" ardıcıl 9-cu oyunda qələbəsiz qaldı

"Zirə" və "Qəbələ" ardıcıl 9-cu oyunda qələbəsiz qaldı Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu "Zirə" və "Qəbələ" komandaları arasında keçirilib
Futbol
9 May , 2021 19:53
Zirə və Qəbələ ardıcıl 9-cu oyunda qələbəsiz qaldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu "Zirə" və "Qəbələ" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda təşkil olunmuş qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Bununla da hər iki komandanın qələbəsiz ardıcıl oyunlarının sayı 9-a çatıb.

Hazırda "Zirə" 35 xalla 4-cü, "Qəbələ" 25 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, turun ilk oyun günündə "Sumqayıt" səfərdə "Keşlə"ni 1:0, "Neftçi" "Səbail"i 4:0 hesabı ilə yenib. Tura saat 20:15-də başlanacaq "Sabah" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi