​"Zirə" və "Kəpəz" Premyer Liqaya yüksəlib

​"Zirə" və "Kəpəz" Premyer Liqaya yüksəlib "Bakı" isə aşağı dəstəyə göndərilib
Futbol
9 May , 2015 15:50
​Zirə və Kəpəz Premyer Liqaya yüksəlib

Bakı. 9 may. REPORT.AZ/ Azərbaycan I divizionunda mübarizə aparan "Kəpəz" və "Zirə" futbol klubları yeni mövsümdən Premyer Liqada çıxış edəcək. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla bağlı AFFA-nın Lisenziyalaşdırma Komissiyasının iclasında qərar verilib.

Bu gün baş tutan iclasda hazırda Premyer Liqanın sonuncu pilləsində qərarlaşan "Bakı" aşağı dəstəyə göndərilib. Üstəlik divizionda mübarizə aparan "Qaradağ-Lökbatan”, "Neftçala”, "Rəvan”, "Şuşa Qarabağ” və "Turan Tovuz” klubları da Premyer Liqadan kənarda qalıb.

Bundan başqa UEFA-nın klub yarışlarında iştirak etmək üçün 6 kluba lisenziya verilib. Bunlar AZAL, "Xəzər Lənkəran", "İnter", "Qarabağ", "Qəbələ" və "Neftçi"dir. "Simurq" klubuna isə 2015/16 mövsümü üçün UEFA-nın bayrağı altında keçiriləcək yarışlara lisenziya verilməyib.

Qeyd edək ki, "UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalar"ın 13-cü maddəsinə müvafiq olaraq, 2015-2016-cı il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqası yarışlarında iştirak etmək üçün lisenziya almış olur.

Son xəbərlər

Orphus sistemi