"Zirə"– "Şerif" oyununa 3000-dən çox bilet satılıb

"Zirə"– "Şerif" oyununa 3000-dən çox bilet satılıb UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələcək "Zirə"– "Şerif" (Moldova) oyununa 3000-dən artıq bilet satılıb.
Futbol
17 iyul 2024 11:27
Zirə– Şerif oyununa 3000-dən çox bilet satılıb

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Dalğa Arena"da keçiriləcək "Zirə"– "Şerif" (Moldova) oyununa 3000-dən çox bilet satılıb.

Bu barədə “Report”a paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə məlumat verib.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 2, 5, 10 və 20 manatdır. Arena ümumilikdə 6500 tamaşaçı tutumuna malikdir.

Qeyd edək ki, iyulun 18-də baş tutacaq qarşılaşmanın start fiti 20:00-da səslənəcək. Moldovada gerçəkləşən ilk görüşdə Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv 1:0 hesablı qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi