"Zirə" serbiyalı müdafiəçini heyətinə qatıb

"Zirə" serbiyalı müdafiəçini heyətinə qatıb Bakı. 2 avqust. REPORT.AZ/ 2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Zirə” klubu daha bir futbolçunu heyətinə qatıb.
Futbol
2 Avqust , 2018 17:30
Zirə serbiyalı müdafiəçini heyətinə qatıb

Bakı. 2 avqust. REPORT.AZ/ 2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Zirə” klubu daha bir futbolçunu heyətinə qatıb. 

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi serbiyalı müdafiəçi Miloş Radivoyeviçlə 1 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, 28 yaşlı futbolçu son olaraq İsrailin “Hapoel” (İroni Kiryat-Şimona) komandasında çıxış edib. O, daha əvvəl ölkəsinin “Sindeliç”, “Borça”, “İnciya”, “Vozdovaç”, “Radinski” və “Rad” klublarının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi