"Zirə" serbiyalı futbolçu ilə müqavilə bağladı

"Zirə" serbiyalı futbolçu ilə müqavilə bağladı "Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
29 İyul , 2020 19:59
Zirə serbiyalı futbolçu ilə müqavilə bağladı

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Lazar Corceviçlə 2 illik müqavilə bağlanılıb.

28 yaşlı mərkəz müdafiəçisi iyulun 30-da yeni komandasının hazırlıq keçdiyi Qəbələyə yollanacaq.

Qeyd edək ki, Lazar Corceviç "Zirə"nin mövsümlərarası fasilədə ikinci legioner transferidir. Əvvəllər Şimali Makedoniya, Slovakiya və Çexiyada çıxış etmiş təcrübəli oyunçunun son klubu Serbiya "Radniçki"si olub.

Qəsəbə təmsilçisinin ilk əcnəbisi isə "Qəbələ"dən ayrılan Klesio Baukdur. Hazırda "Zirə" qapıçı və pleymeyker mövqelərinə də legioner axtarır.

Son xəbərlər

Orphus sistemi