“Zirə” - “Qarabağ” matçında forma dəyişikliyinin səbəbi məlum olub

“Zirə” - “Qarabağ” matçında forma dəyişikliyinin səbəbi məlum olub "Forma seçimini baş məşqçi edir"
Futbol
27 Noyabr , 2017 11:52
“Zirə” - “Qarabağ” matçında forma dəyişikliyinin səbəbi məlum olub

Bakı. 27 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində keçirilən “Zirə” – “Qarabağ” matçında meydan sahiblərinin səfər, qonaqların isə ev forması ilə meydana çıxmasının səbəbi məlum olub.

“Zirə”nin mətbuat xidmətindən “Report”a bildiriblər ki, dəyişiklik baş məşqçi Ayxan Abbasovun istəyinə əsasən baş tutub: “Forma seçimini baş məşqçi edir. Komanda üzvləri qırmızı formada daha rahat olduqlarını deyiblər. Baş məşqçi də çətin oyunda psixoloji amilləri nəzərə alaraq qırmızı forma ilə oynamağa qərar verib. Qırmızı deyil, mavi forma ilə də oynasaydıq, problem olmazdı. Çünki “Qarabağ”ın forması tünd rəngdədir”.

Qeyd edək ki, “Qarabağ”ın 3:2 hesablı qələbə qazandığı qarşılaşmada “Zirə”nin səfər, qonaqların ev forması ilə çıxış etməsi birmənalı qarşılanmayıb. Bu dəyişikliyin Ağdam klubunun istəyinə əsasən baş tutduğu iddia olunur. 

Son xəbərlər

Orphus sistemi