Futbolçu Hacıağa Hacılı növbəti mövsüm də "Zirə"nin şərəfini qoruyacaq.
"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi daha 1 illiyə "Qarabağ"dan icarəyə götürülüb.
Qeyd edək ki, Hacılı ötən mövsüm də icarə əsasında "Zirə"nin formasını geyinib.