"Zirə" qapıçısı ilə də yollarını ayırıb

"Zirə" qapıçısı ilə də yollarını ayırıb Bakı. 6 yanvar. REPORT.AZ/ Zirə futbol klubu qapıçı Anar Nəzirovla yollarını ayırıb.
Futbol
544
6 Yanvar , 2019 15:37
Zirə qapıçısı ilə də yollarını ayırıb

Bakı. 6 yanvar. REPORT.AZ/ "Zirə" futbol klubu qapıçı Anar Nəzirovla yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, kapitanla müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

34 yaşlı qolkiperə göstərdiyi xidmətləri qarşılığında minnətdarlıq edilib və gələcək karyerasında uğurlar arzulanıb.

Nəzirov karyerasını "Qəbələ"də davam etdirəcək. Onunla müqavilə tezliklə bağlanılacaq.

"Zirə" daha əvvəl müdafiəçi Adil Nağıyev və yarımmüdafiəçi Vüsal İsgəndərli ilə də vidalaşıb. Əvəzində "Sumqayıt"dan müdafiəçi Bəxtiyar Həsənalızadə transfer olunub.

Son xəbərlər

Orphus sistemi