"Zirə" növbəti transferini reallaşdırıb

"Zirə" növbəti transferini reallaşdırıb Bakı. 13 iyun. REPORT.AZ/ “Zirə” klubu yay fasiləsində növbəti transferini reallaşdırıb.
Futbol
13 iyun 2018 13:05
Zirə növbəti transferini reallaşdırıb

Bakı. 13 iyun. REPORT.AZ/ “Zirə” klubu yay fasiləsində növbəti transferini reallaşdırıb.

"Report"un klubun Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, komanda son olaraq "Sumqayıt"da çıxış edən Kamal Mirzəyevlə anlaşıb. 

24 yaşlı yarımmüdafiəçi ilə birillik müqavilə bağlanılıb. 

Qeyd edək ki, K.Mirzəyev “Qəbələ” və AZAL klublarının da şərəfini qoruyub. "Zirə" bundan əvvəl İlkin Qırtımovu heyətinə qatıb. 

Son xəbərlər

Orphus sistemi