"Zirə" növbəti qələbə sayəsində vahid liderə çevrilib

"Zirə" növbəti qələbə sayəsində vahid liderə çevrilib Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib
Futbol
26 avqust 2017 16:02
Zirə növbəti qələbə sayəsində vahid liderə çevrilib
Courtesy İmage

Bakı. 26 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, çempionatın lideri "Zirə" "Sumqayıt"ı qəbul edib.

Zirə Olimpiya Kompleksinin meydanında keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Matçda bütün qollar ikinci hissədə vurulub. Hesabı 52-ci dəqiqədə Riçard Qadze açıb. 61 və 78-ci dəqiqələrdə isə Vüsal İsgəndərli "dubl" edib. "Sumqayıt" bu qollara 88-ci dəqiqədə cavab verib. 88-ci dəqiqədə "Zirə"nin legioneri Jozef Bum topu öz qapısına göndərib.

Bu qələbə sayəsində xallarını 9-a çatdıran "Zirə" vahid liderə çevrilib. "Sumqayıt" isə 3 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, ilk oyun günündə "Neftçi" "Kəpəz"lə qolsuz heç-heçə edib, "İnter" "Səbail"i yenib - 1:0.

Son xəbərlər

Orphus sistemi