“Zirə”nin yeni transferi sabah Bakıya gələcək

“Zirə”nin yeni transferi sabah Bakıya gələcək Bakı. 5 fevral. REPORT.AZ/ “Zirə” klubu Trinidad və Taboqo millisinin futbolçusu Comal Uliyamsla müqavilə bağlayacaq.
Futbol
5 Fevral , 2018 15:43
“Zirə”nin yeni transferi sabah Bakıya gələcək

Bakı. 5 fevral. REPORT.AZ/ “Zirə” klubu Trinidad və Taboqo millisinin futbolçusu Comal Uliyamsla müqavilə bağlayacaq.

Bu barədə “Report”a qəsəbə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov məlumat verib. O bildirib ki, 24 yaşlı cinah hücumçusu fevralın 6-da Bakıya gələrək tibbi müayinədən keçəcək. Problem çıxmayacağı təqdirdə, vingerlə həmin gün axşam və ya ertəsi sözləşmə imzalanacaq. Uilyamsın son klubu 2016-cı ildən çıxış etdiyi Meksika "Mursielaqos"u olub. 

Baş məşqçinin sözlərinə görə, yaxın günlərdə “Zirə”yə daha bir əcnəbi futbolçunun qoşulacağı gözlənilir.

Qeyd edək ki, Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını başa vuran “Zirə” bu gün Bakıya dönüb. Qəsəbə təmsilçisi fevralın 6-da məşqlərə start verəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv fevralın 10-da Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində “Sumqayıt”ı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi